10 C
Baku
16 Fevral 2026, 20:23
Baş xəbərDünya

Pakistanın sabiq Baş naziri İmran Xan həbsxanadan buraxıldı

Pakistan Ali Məhkəməsi dövlət sirləri haqqında qanunu pozmaq ittihamı ilə həbs olunan sabiq Baş nazir İmran Xanı və sabiq xarici işlər naziri Şah Mahmud Qureşini girov müqabilində azadlığa buraxıb.

Bugun.tv  “Dawn” qəzetinə istinadla xəbər verir ki, hüquqşünasların sözlərinə görə, günahları sübut olunacağı təqdirdə İmran Xan və Şah Mahmud Qureşini 14 ilədək həbs və ya ölüm cəzası gözləyir. Özlərini təqsirli bilməyən müttəhimlər isə bunu siyasi sifariş hesab edirlər.

Qeyd edək ki, İmran Xana qarşı təhqiqat onun 2022-ci il martın 27-də Pakistanın Vaşinqtondakı səfirindən şifrəli teleqram aldığını elan etməsindən sonra başlayib. Sabiq Baş nazirin sözlərinə görə, ABŞ nümayəndələri diplomatik missiyanın rəhbəri ilə söhbətində 2022-ci ilin fevralında Moskvaya səfəri zamanı nümayiş etdirdiyi Rusiya yönümlü mövqeyinə görə hökumət başçısının hakimiyyətdən uzaqlaşdırılmasını tövsiyə edib.

Bugün TV

Oxşar xəbərlər

“Azərbaycan-Ermənistan ticarət əlaqələri rəsmi statistikada əksini tapıb”

Aynur Camal

Araşdırma: Yatmazdan əvvəl son 3 saat yemək yeməmək ürək sağlamlığını yaxşılaşdıra bilər

Aynur Camal

Braziliyada Rio Karnavalı samba yürüşləri ilə başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu