Bugun.tv xəbər verir ki, bu barədə “Geo News” kanalı məlumat yayıb. Bildirilir ki, daşqınlar nəticəsində Xayber-Paxtunxva əyalətində 328, Gilqit-Baltistanda 12, Azad Kəşmirdə isə 11 nəfər həyatını itirib. Ölkənin şimalında güclü yağışların avqustun 21-dək davam edəcəyi gözlənilir. Pakistanın Baş naziri Şahbaz Şərif Xayber-Paxtunxva əyalətinə dərman, qida və digər zəruri yardım materiallarının dərhal çatdırılması barədə göstəriş verib.
əvvəlki yazı
növbəti yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri
