Dünya

Günəş kremi qadağan edildi: turistlərin məhsullarına əl qoyulacaq

Bugun.tv xəbər verir ki, Sakit okeanda yerləşən Palau dövləti mərcan riflərini qorumaq məqsədilə bəzi günəş kremlərinin istifadəsini qadağan edib.

Məlumatına görə, tərkibində oksibenzon və oktinoksat kimi kimyəvi maddələr olan günəşdən qoruyucu məhsulların ölkəyə gətirilməsi və satışı qadağan olunub.

Rəsmi qurumlar bildirib ki, həmin maddələr mərcanların ağarmasına, DNT zədələnmələrinə və dəniz ekosisteminə ciddi zərər vurur.

Yeni qaydalara əsasən, qadağanı pozan müəssisələr 1000 dollara qədər cərimələnə bilər. Eyni zamanda turistlərin baqajında qadağan olunmuş məhsullar aşkarlanarsa, sərhəd məntəqələrində həmin məhsullar müsadirə ediləcək.

Təxminən 21 min əhalisi olan ada dövləti son illərdə artan turizmin dəniz həyatına təsirini azaltmağa çalışır. Palau hökuməti həmçinin ölkə sularının təxminən 80 faizini kommersiya balıqçılığı və mədən fəaliyyətlərinə bağlayıb.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Rumıniyanın diplomatını “arzuolunmaz şəxs” elan etdi

Aynur Camal

Nepal və Tibetdəki faciə: 30-dan çox ölkənin vətəndaşları itkin düşüb

Aynur Camal

Yeni nəhəng dəmir yolu stansiyası kondisionersiz işləyəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu