15 C
Baku
24 Oktyabr 2025, 4:17
Baş xəbərİqtisadiyyat

Palçıqlı kartof satışına niyə nəzarət olunmur? – ARAŞDIRMA +FOTO

Bugun.tv xəbər verir ki, son zamanlar bazarlarda, məhəllə marketlərində üstü torpaqla örtülü kartofların satışı təşkil olunur. Bu isə məhsulun çəkidə ağır gəlməsinə və nəticədə alıcıların aldadılmasına gətirib çıxarır. Bəzi “işbazlar”ın bu cür sahibkarlıq fəaliyyəti istehlakçıların hüquqlarının pozulması deməkdir. Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxladıq. Mətbuat katibi Vüqar Hüseynov kartofların təmizlənməmiş satılmasına sözçüsü olduğu qurumun nəzarət etmədiyini bildirdi.

Nazirlər Kabinetinin 94 saylı qərarında isə, Azərbaycanın əmtəə bazarında satılan ərzaq məhsullarının üstü örtülməli, üzərinə buraxılma tarixi, son yararılıq müddəti, hansı fermer təsərrüfatında istehsalı və s. kimi məlumatların olması göstərilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bəzi marketlərdə müasir üsullarla istehsal edilən məhsullar olsa da, əksər yerlərdə üstü palçıqlı, kübrəli kartoflar da satılır. “Çox təəssüf ki, bu hal var və istehlakçıların həyatında mənfi izlərini qoya bilər. Həmçinin, çəkidə alıcıların aldadılmasına gətirib çıxarır. Onu da deməliyəm ki, son vaxtlar ölkədə istehlakçıların aldadılması çox böyük vüsət alıb. Ölkə başçısının və dövlət qurumlarının apardığı siyasət nəticəsində demək olar ki, biznes qurumları heç kəsə rüşvət vermir. Lakin bu sahibkarlar özləri istehlakçını aldadıb əlavə xərclərə salırlar. Onlardan biri də Bugun.tv olaraq sizin qaldırdığınız bu məsələdir. Kartoflar palçıq topası ilə satılır. Bu hal yol verilməzdir. Mütləq kimyəvi qatqısı olmayan su ilə təmizlənməli və Nazirlər Kabinetinin 94 saylı qərarına uyğun hazırlandıqdan sonra satışa çıxarılmalıdır”,- E.Hüseynov əlavə edib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Meşə yanğınını idarə etmək mümkün deyil

Aynur Camal

Qanunsuz stomatoloji laboratoriyada əməliyyat: 7 nəfər saxlanıldı

Teymur Əziz

İndoneziyada güclü yağışlar daşqınlara səbəb olub: 13 nəfər ölüb, 2 nəfər yaralanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu