28 C
Baku
27 İyun 2025, 10:24
Dünya

Paltarı ölümünə səbəb oldu

Çinin meqapolis Çonqinq şəhərindəki qocalar evində 90 illik yubiley zamanı çıxış edən 31 yaşlı müğənni faciə yaşayıb.

Belə ki, onun ayağı konsertin ortasında paltarına ilişib və nəticədə yıxılıb. O, yıxılarkən başı bərk yerə dəyib və səhnədə hərəkətsiz qalıb. Adı açıqlanmayan qadın müğəninin nəfəs almağı qəfil dayanıb və məmurlar şoka düşmüş kütlənin qarşısında onu reanimasiya etməyə çalışıblar.

BÜTÜN MÜDAXILƏLƏRƏ BAXMAYARAQ HƏYATINI İTİRDİ

Nümayiş işçiləri diqqət mərkəzində yatan qadına ürək masajı ediblər. Və sonra binanın yaxınlığındakı xəstəxanaya aparılıb.

Lakin tibb işçilərinin bütün müdaxilələrinə baxmayaraq, o, xəstəxanaya çatdıqdan az sonra dünyasını dəyişib. Sənətçi elə həmin gün özünü yaxşı hiss etmədiyini demişdi. Ölümün dəqiq səbəbini müəyyən etmək üçün yarılma aparılacaq.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Həm maaş aldı, həm də qazanc əldə etdi! Şirkəti içəridən soydu

Aynur Camal

Netanyahu: İsrail Qəzza əməliyyatını HƏMAS məhv edilənə qədər dayandırmayacaq

İntizar Əmirova

Rusiya Ukrayna ordusundan ələ keçirilən Qərb texnikasını nümayiş etdirir

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu