13 C
Baku
20 Aprel 2026, 20:38
Dünya

Papa Leo ilk xarici səfərində Türkiyə və Livana sülh mesajı aparacaq

Papa Leo XIV — Katolik Kilsəsinin yeni rəhbəri və bir ABŞ vətəndaşı — ilk xarici səfərini 27 noyabrdan 2 dekabra qədər Türkiyə və Livana edəvək.

Səfərin məqsədi “bölgədə sülhü təşviq etmək, xristian həmrəyliyi qurmaq və dinlərarası dialoqu gücləndirmək” olması nəzərdə tutulub.

Türkiyədə Papa, İznikdə (keçmiş Nikeya) 1-ci Nikeya Şurasının 1700 illiyini qeyd edəcək və Ortodoks Patriarx Bartholomew ilə görüşəcək.

O, həmçinin İstanbulda Göy Məscidi ziyarət edəcək və Volkswagen Arenada kütləvi Katolik Məssisi keçirəcək.

Həmçinin Livanda da Papa bir neçə şəhəri ziyarəti, inter-dini tədbirlərdə iştirakı, 2020-ci ildə Beyrut limanı partlayışının baş verdiyi yerdə dualar etməsi və açıq hava Məssisi təşkili planlaşdırılıb.

Bu səfər Papa Leonun papalıq dövründə beynəlxalq təsirini göstərən mühüm diplomatik addım sayılır.

Mənbə: Reuters.Com

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu