Baş xəbərDünya

Papanın İsrailin Qəzzaya hücumları üçün “terror” ifadəsini işlətdiyi bildirildi

Bugun.tv xəbər verir ki, katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin oktyabrın sonlarına doğru İsrail prezidenti İsaak Hersoqla şəxsi telefon danışığında İsrailin Qəzzaya hücumları üçün “terror” ifadəsini işlətdiyi iddia edilib.

Məlumatı Vaşinqton Post qəzetinin adının açıqlanmasını istəməyən yüksək səviyyəli bir İsrail rəsmisi yayıb. O, məzmunu ictimaiyyətlə paylaşılmayan Papa ilə Hersoq arasında telefon danışığı haqqında məlumat verilib.

Bildirilib ki, görüş zamanı Hersoq Qəzzada özlərini müdafiə etmək üçün lazım olanı etdiklərini vurğulayıb, Papa isə baş verənlərə görə mülki şəxslərin məsuliyyət daşımaması lazım olduğunu bildirib.

Sonra Papa Hersoqa “Terrora terrorla cavab vermək qadağandır” deyib. Onun İsrailə “Qəzzada etdiklərini” dediyi və xəbərdar etdiyi iddia olunub.

Kəmalə Sultan

Oxşar xəbərlər

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Avstraliyada “Katy Perry” adı ilə bağlı məhkəmə: dizayner pop ulduzuna qarşı qalib gəldi

Aynur Camal

Qlazqoda güclü yanğın: tarixi bina qismən uçdu, dəmir yolu stansiyası bağlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu