17 C
Baku
13 Sentyabr 2025, 7:49
Baş xəbərDünya

Papua-Yeni Qvineyada iğtişaşlar nəticəsində 15 nəfər həlak oldu

Papua-Yeni Qvineyada polis və hərbçilərin tətili zamanı başlayan iğtişaşlar nəticəsində ən azı 15 nəfər həlak olub. Bəzi mənbələr ölənlərin sayının 16 nəfər olduğunu iddia edir.

Bugun.tv Avstraliyanın ABC teleradio kompaniyasına istinadla xəbər verir ki, paytaxt Port Morsbidə səkkiz nəfər, ölkənin ikinci iri şəhəri Laedə isə yeddi nəfər həyatını itirib.

Papua-Yeni Qvineyada hərbçilər, polis əməkdaşları və penitensiar müəssisələrin işçiləri “maaşlardan səbəbsiz pul tutulmasına” etiraz edir. Onların tətilindən istifadə edən iğtişaşçılar paytaxtda mağazaları qarət edib və yandırıblar.

Hakimiyyət yerli sakinləri sakitliyə və zəruri ehtiyac yaranmadığı təqdirdə evlərindən çıxmamağa çağırıb. Ölkənin Baş naziri Ceyms Marape problemin əməkhaqqı sistemindəki nasazlıqdan qaynaqlandığını və tutulan vəsaitin tam şəkildə ödəniləcəyini bildirib.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Altı yaşlı uşaq 2600 şokolad qutusu topladı

Aynur Camal

Dövlət Duması “Çebubu”nun görünüşünü tənqid etdi

Aynur Camal

Prezident Konqo Respublikasını təbrik etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu