4 C
Baku
14 Dekabr 2025, 19:49
Baş xəbərDünya

Paris Devid Bouinin xatirəsini yad etdi

Devid Bouinin ölümündən səkkiz il keçsə də, britaniyalı ifaçının çoxsaylı hitləri bu gün də səslənməkdə davam edir. Musiqiçi və müğənni 2016-cı il yanvarın 10-u 69 yaşında dünyadan köçüb. Eyni zamanda, Devid Boui Londondakı Kamden Musiqi Şöhrəti Xiyabanında ulduz alıb, 2025-ci ildə isə Britaniya paytaxtında artistə həsr olunan art-mərkəz yaradılacaq.

Bugun.tv xarici KİV-lərə istinadla xəbər verir ki, Paris də, öz növbəsində, rok-əfsanəyə lazımi qiymət verib.

“Artist ilə çoxdankı əlaqələrlə fəxr edərək, Paris şəhəri onun ölümündən 8 il sonra paytaxtın 13-cü dairəsində Devid Boui küçəsini açmaqla bu irsi davam etdirir”, – deyə şəhər administrasiyasının bəyanatında bildirilir.

Küçə rayonun irimiqyaslı yenidən planlaşdırılmasından sonra yaradılıb, təxminən “Jardin des Plantes” botanika bağı ilə Milli Kitabxana arasından keçir.

Bugün TV

Oxşar xəbərlər

Diş fırçası stəkanlarında təhlükəli bakteriyalar haqqında məlumat verildi

Aynur Camal

İndoneziya vulkanı kül püskürür

Aynur Camal

İtaliyada rus İHA-sı panikası! Faktla bağlı araşdırmalara başlanılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu