“İndi Paris çətin ki, vasitəçi rolunu iddia edə bilər. Çünki Paris faktiki olaraq münaqişə tərəflərindən birini müdafiə edir. Üstəlik, həm birbaşa, həm də dolayısı ilə Ukrayna tərəfindən bu münaqişədə iştirak edir”.
Bugun.tv xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Fransa prezidenti Emmanuel Makronla bir müddət əvvəl qeyri-rəsmi görüşdə Çin prezidenti Si Cinpin bildirib ki, Pekin Parisin Ukraynadakı münaqişənin siyasi və diplomatik yolla həlli ilə bağlı təkliflərini alqışlayır və onları dəstəkləməyə hazırdır. Çin lideri münaqişə tərəflərini məsuliyyəti öz üzərinə götürməyə və siyasi həll üçün görüşməyə çağırıb.
Mənbə: TASS
