Baş xəbərHadisə

Parisdə yaşayış binasında partlayış baş verdi! 3 nəfər öldü!

Bugun.tv xəbər verir ki, Fransanın paytaxtı Parisdə yaşayış binasının 7-ci mərtəbəsindəki mənzildə baş verən partlayışda 3 nəfər həyatını itirib. Hadisənn baş vermə səbəbi bəlli deyil.

Partlayış nəticəsində mənzildə baş verən yanğından xilas olmağa çalışan və təşviş içində aşağı tullanan şəxs də dünyasını dəyişib.

Xəbər üzərinə hadisə yerinə gələn yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın söndürülərkən, partlayış baş verən mənzildə 2 cəsəd tapılıb.

Təxliyə edilən bina sakinlərinin 2 saatdan sonra evlərinə daxil ola bildikləri bildirilib.

Aynur Camal

Oxşar xəbərlər

Bu gün TV: Firuzə Babayevanın 60 illik yubileyi qeyd olundu

Elnarə Dərziyeva

Məhluqə Rəhimova: Məktəb — qadın hüquqlarının, elmin və dünyəvi təhsilin məkanı

Aynur Camal

Məhluqə Rəhimova: Məktəb dini mübahisələrin deyil, elmin və milli gələcəyin məkanıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu