Bugun.tv xəbər verir ki, Fransanın paytaxtı Parisdə iyunun 21-də qaz sızması nəticəsində baş verən partlayış nəticəsində həyatını itirənlərin sayı 3-ə yüksəlib.
Fransanın ictimai yayımı Franceinfo-nun Paris Prokurorluğuna istinadən verdiyi xəbərə görə, iyunun 21-də Parisin 5-ci rayonunda qaz sızması nəticəsində baş verən partlayışda ağır yaralanan daha bir qadın həyatını itirib.
Beləliklə, partlayış nəticəsində həyatını itirənlərin sayı 3-ə yüksəlib.
İyunun 21-də Parisin 5-ci məhəlləsindəki binada qaz sızması nəticəsində partlayış baş verib.
Prokurorluq qəsdən xəsarət yetirmə maddəsi ilə istintaq başladıldığını açıqlayıb.
Partlayış nəticəsində 58 nəfər yaralanıb.
