Baş xəbərTexnologiya

Parislilər elektrik skuterləri ilə bağlı səsvermə keçirəcək

Fransanın paytaxtı Parisdə yaşayan insanlar elektrikli skuter icarəsi xidmətinin gələcəyini müəyyən etmək üçün referenduma gedəcəklər.

Hazırda Fransada 2,5 milyon insan elektrik skuter xidmətindən yararlanır. Sakinlər bu avtomobilləri Paris daxil olmaqla 200-dən çox şəhərdə icarə ilə istifadə edirlər.

Parisdəki Lime, Dott və Tier adlı şirkətlər ayda təxminən 400.000 insana elektrikli skuter icarəsi xidmətləri göstərir.

Skuterlərə daha çox gənclər və turistlər üstünlük verir. Bildirilir ki, Parisdə baş verən hər 5 qəzadan 1-i 2 nəfərin elektrikli skuterə minməsi nəticəsində baş verir. Belə ki, Paris şəhərinin təşəbbüsü ilə şəhər sakinləri yerli vaxtla səhər saat 9-dan axşam 19-a qədər təxminən 200 yerdə elektrikli skuterlərin icarəsinə “hə” və ya “yox” səs verəcəklər.

Digər tərəfdən, “Daha sərt nəzarət” tələbi irəli sürülərək, yaxın vaxtlarda ölkədə elektrikli skuterlərdən istifadə yaşı 14-ə çatdırılması tələb olunur.

Paris küçələrində əhaliyə elektrik skuter kirayəsi xidməti və referendumla bağlı fikirlərini soruşublar. Onlardan bəziləri bunun lehinə olsada, bəziləri isə məmnun olmadıqlarını bildiriblər.

Parisətrafı məhəllədə yaşayan və soyadını vermək istəməyən Juline elektriklə işləyən skuterlərin əleyhinə olduğunu bildirib: “Hər yerdə, parklarda, yollarda, səkilərdə elektrik skuterləri var”- deyib. Elektrikli skuterlərin təhlükəli ola biləcəyini qeyd edən Juline, uşaq arabası sürən anaların və ya əlil arabasını istifadə edən əlillərin bu vasitələrə görə yola düşmək məcburiyyətində qala biləcəyini də vurğulayıb.

Mənbə: TRT

Aynur Camal

Oxşar xəbərlər

Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması haqqında Fərman

Aynur Camal

“Azestetik Group” Milli Mətbuat günündə jurnalistlərlə görüş keçirdi

Aynur Camal

SpaceX, Crew Dragon-un kosmos turistləri ilə görüşünü yenidən planlaşdırır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu