20 C
Baku
15 Sentyabr 2025, 21:21
Mədəniyyət

Park Cinema-da “Evdə qalmış” filmi nümayiş olunacaq

Bugun.tv xəbər verir ki, romantik komediya janrında çəkilən “Evdə qalmış” filmi 9 fevraldan “Park Cinema” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Filmdə əsl sevgini axtaran qəhrəmanlar valideynlərinin təkidi ilə 30 yaşlarına çatmadan evlənməlidir. Qonşunun, qohum-əqrəbanın “Evdə qalmısan?”, “A bala nə vaxt tərpənirsən?” kimi suallarından bezən gənclər evlənmək istəməsələr də təsadüfi hadisələr onları bir-biri ilə qarşılaşdırır. Onlar 30 yaşlarını subay yoxsa evli kimi keçirəcəklər? “Evdə qalmış” sözündən canlarını qurtarmaq üçün seçdikləri yol onların həyatını necə dəyişəcək?

Filmdə Kəmalə Piriyeva, Şəhriyar Əbilov, xalq artisti Həmidə Ömərova, əməkdar artist Mehriban Xanlarova, Firuzə Balayeva, Kənan Yusifov, Sanura Cəfərova, Aygün Akif, Elçin Məmmədli, Nigar Əhmədova, Rüstəm Rüstəmov və başqaları rol alıb.

Qeyd edək ki, ekran əsərinin quruluşcu rejissoru Valeh Əhmədovdur.

Filmi izləmək istəyənlər biletləri Park Cinema kassalarından və ya www.parkcinema.az saytından əldə edə bilərlər.

Nigar Məmmədova

Oxşar xəbərlər

Musiqili Teatrdan Peşəkar Milli Teatrımızın 150 illik yubileyində “Premyeralar paradı”… Üç dildə tamaşa!

Şükufə Ramizqızı

A.Qasımov: “Bir dəfə oxumaqla elə bilirlər ki, hər şeyi bilirlər”-ÖZƏL+FOTO

Şükufə Ramizqızı

El Bakuvi: “RUHUMUN ÇAĞIRIŞLARI”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu