Mədəniyyət

Park Cinema-da “Gizli Zərbə” və həyəcan dolu gecə

“Gizli Zərbə”

25 iyul tarixində Park Cinema Alov Qüllələri kinoteatrında “Gizli Zərbə” filminin qapalı nümayişi keçirildi.
Filmin nümayişindən öncə, qonaqlar filmə həsr olunan, əyləncə dolu tədbirdə iştirak etdilər. Tədbirdə 280 nəfərə yaxın qonaq iştirak etdi, bunların arasında KİV nümayəndələri, blogerlər,aktyorlar, mədəniyyət və incəsənət xadimləri yer aldılar.

Qeyd edək ki, “Gizli Zərbə” filminin qapalı nümayişi rəsmi premyeradan 2 gün öncə keçirildi və nümayişdə iştirak edənlər filmi ilk izləyənlərdən oldu.

Baş rollarda Ceki Çan və Con Sinanın olduğu filmdə, iki keçmiş xüsusi təyinatlı əsgərin, İraqda xilasetmə əməliyyatından behs edilir. Böyük qarət həyata keçirmək istəyən dəstənin qarşısını yalnız baş qəhramanlarımız ala bilər.

Tamaşaçılar 27 iyul tarixindən etibarən “Gizli Zərbə” filminə Park Cinema şəbəkəsinin Park Bulvar, Metro Park, Alov Qüllələri, Aygün Mall və Zagulba Mall kinoteatrlarında izləyə bilərlər.

Qeyd edək ki, hazırda Park Cinema kinoteatrlar şəbəkəsində “Super Gün” , “Tələbə” və “Ailə Tarifi”  aksiyaları davam edir və “Gizli Zərbə” filmini izləmək istəyənlər biletləri xüsusi endirimlə əldə edə bilərlər. Biletləri www.parkcinema.az saytından və ya kinoteatr kassalarından əldə edə bilərsiniz.

Bugün TV

Oxşar xəbərlər

İsraildə yaşayan azərbaycanəsilli müğənni Leyla Valayeva Channel 13-də çıxış etdi

Aynur Camal

Venesiya Film Festivalı üçün 2026 proqramında Asiya kinematoqrafiyası geniş yer alacaq

Aynur Camal

Şuşada Azərbaycanın qəhrəmanlarına həsr olunmuş “Yarımçıq Qalmış” tamaşasının premyerası keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu