23 C
Baku
27 İyul 2025, 5:39
Baş xəbərDünya

Parlament seçkilərinin rəsmi nəticələri açıqlandı

Azərbaycan Mərkəzi Seçki Komissiyası sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərin rəsmi yekun protokolunu təsdiq edib. Azərbaycan Mərkəzi Seçki Komissiyasında (MSK) Milli Məclisə seçkilərlə bağlı iclas keçirilib.

MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda kollegiya üzvləri MŞ seçkilərinin rəsmi nəticələrini əks etdirən protokolu təsdiqləyiblər.

Seçkidə 2 milyon 395 min 510 seçicinin səs verdiyi bildirilən protokola görə, iştirak nisbəti yüzdə 37,24 olub.

Nəticələrin və qalib gələn namizədlərin adlarının əks olunduğu protokola əsasən, prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası Milli Məclisdə 68 yer qazanıb.

44 müstəqil namizədin deputatlığa namizədliyini rəsmiləşdirən protokola əsasən, Vətəndaş Hemreyliyi Partiyası 3, Ədalət, Hüquq, Demokratiya Partiyası 2, Böyük Azərbaycan Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Respublikaçı Alternativ Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Milli. Cəbhə Partiyası və Azərbaycan Demokratik Maarif Partiyası parlamentdə bir yer qazanıb.

Protokol təsdiq olunmaq üçün Azərbaycan Konstitusiya Məhkəməsinə göndəriləcək. Azərbaycan Konstitusiya Məhkəməsinin ən geci 10 gün ərzində protokolu müzakirə edib təsdiq edəcəyi gözlənilir.

Azərbaycanlılar sentyabrın 1-də Milli Məclisin üzvlərini müəyyən etmək üçün 7-ci dəfə səsverməyə çıxıblar. 125 yerlik parlament uğrunda 990 namizəd mübarizə aparıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

 O, polisə yaxalanmamaq üçün evini partladıb!

Aynur Camal

İctimai Şura üzvləri nəzarət səfəri ediblər

Aynur Camal

Altı yaşlı uşaq 2600 şokolad qutusu topladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu