28 C
Baku
21 İyul 2025, 1:34
Dünya

Parlament yeni sədrini seçir

Bugun.tv xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyası yeni Məclis sədrinin seçilməsi üçün toplanıb. Gizli səsvermə yolu ilə keçiriləcək seçkinin ilk iki turunda 400 səs tələb olunur. Bu rəqəm tapılmasa, üçüncü turda Assambleya sədrinin seçilməsi üçün sadə səs çoxluğu kifayət edəcək.

Türkiyə Böyük Millət Məclisinin müvəqqəti sədri Dövlət Baxçalının sədrliyi ilə keçiriləcək Baş Assambleyada 30-cu Məclis sədri seçiləcək. Gizli səsvermə yolu ilə keçiriləcək seçkinin birinci və ikinci turunda üzvlərin ümumi sayının üçdə ikisi, yəni 400, üçüncü turda isə 301 səs tələb olunacaq.

Üçüncü səsvermədə səs çoxluğu əldə olunmazsa, bu bülletendə ən çox səs toplamış iki namizəd üçün dördüncü səsvermə keçiriləcək. Dördüncü səsvermədə ən çox səs toplayan üzv sədr seçiləcək.

Mənbə: http://TRT Haber

Nigar Məmmədova

Oxşar xəbərlər

Kosmosda qapalı qalan Boeing astronavtlarının geri qayıtması gələn ilə qədər çəkə bilər

Aynur Camal

ABŞ ordusu Suriyaya hava zərbəsi endirdiyini açıqlayıb

Aynur Camal

İran Təhsil Nazirliyi minlərlə mollanı işə götürüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu