Dünya

Partlayış: 9 nəfər öldü, 64 nəfər yaralandı

Hindistanın qərbindəki Maharaştra ştatında fabrikdə baş verən partlayış və ardınca yanğın nəticəsində 9 nəfər ölüb, 64 nəfər yaralanıb.

Thane bölgəsinin rəsmisi Saçin Sejal “Press Trust of India” xəbər agentliyinə verdiyi açıqlamada, Thane rayonunda kimyəvi istehsal fabrikinin qazanında baş verən partlayışın yanğına səbəb olduğunu bildirib.

Secal hadisə zamanı 9 nəfərin öldüyünü, 64 nəfərin yaralandığını bildirib.

Yanğınsöndürənlər yanğını nəzarətə götürərkən, partlayışın səbəbi ilə bağlı araşdırma başladılıb.

Ölənlərin sayının artacağından ehtiyatlanır.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Tramp: İranda yeni liderlərin bəziləri bacarıqlıdır

Aynur Camal

Alimlər: Vitamin K yaşlılarda əzələ gücünün azalmasının qarşısını ala bilər

Aynur Camal

Alimlər: İnsanların qanında karbon qazının səviyyəsi artır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu