25 C
Baku
27 İyul 2025, 2:10
Dünya

Partlayış: 9 nəfər öldü, 64 nəfər yaralandı

Hindistanın qərbindəki Maharaştra ştatında fabrikdə baş verən partlayış və ardınca yanğın nəticəsində 9 nəfər ölüb, 64 nəfər yaralanıb.

Thane bölgəsinin rəsmisi Saçin Sejal “Press Trust of India” xəbər agentliyinə verdiyi açıqlamada, Thane rayonunda kimyəvi istehsal fabrikinin qazanında baş verən partlayışın yanğına səbəb olduğunu bildirib.

Secal hadisə zamanı 9 nəfərin öldüyünü, 64 nəfərin yaralandığını bildirib.

Yanğınsöndürənlər yanğını nəzarətə götürərkən, partlayışın səbəbi ilə bağlı araşdırma başladılıb.

Ölənlərin sayının artacağından ehtiyatlanır.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Londonda bomba çaxnaşması! ABŞ səfirliyi qarşısında ‘şübhəli paket’

Aynur Camal

ABŞ “Rəfəhdə təmkin” müqabilində İsrailə Həmas liderlərini tapmağa kömək edəcək

Aynur Camal

Terror aktı oldu: 21 ölü var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu