28 C
Baku
21 İyul 2025, 2:00
Kriminal

Partnyorunun bacısı ilə dalaşdı və onu yandırdı

Bugun.tv xəbər verir ki, Novosibirsk vilayətinin Vengerovski rayon məhkəməsi mübahisə zamanı partnyorunun bacısını yandırdığına görə 30 yaşlı yerli sakini on il müddətinə azadlıqdan məhrum edib. Bu barədə Lenta.ru-ya vilayət prokurorluğu məlumat verib.

Sibir sakini hədsiz amansızlıqla adam öldürməyə cəhddə təqsirli bilinib. O, aldığı cəzanı ciddi rejimli koloniyada çəkəcək.

Məhkəmə müəyyən edib ki, hadisə 2023-cü ilin aprelində Kıştovka kəndində baş verib. Gecə saatlarında müttəhim ortağı və 21 yaşlı bacısı ilə birlikdə spirtli içki qəbul edib. Hansısa məqamda onunla qız arasında mübahisə yaranıb. Bu zaman kişi ona tezalışan maye tökərək yandırıb. Zərərçəkmiş bədəninin 29 faizinin yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Bu, səhhətinə ağır zərər kimi qiymətləndirilib.

Bir müddət əvvəl Kalininqrad vilayətinin 47 yaşlı sakini qonaqları evdən buraxmaq istəmədiyi üçün təqaüdçünü evi ilə birlikdə yandırıb.

Mənbə lenta.ru

Aynur Camal

Oxşar xəbərlər

Hücumçular uşağı nəhəng pitonla qidalandırmağı planlaşdırdılar

Aynur Camal

2500 manat pul müqabilində narkokuryerlik edən saxlanıldı

Bugün TV

Xaçmazda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi oldu

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu