10 C
Baku
4 Dekabr 2025, 5:32
Digər

Paşinyan 30 illik danışıqlara dair 13 sənədi yayımladı – Serj Sarkisyanın Putinə məktubu diqqət çəkdi

Ermənistanın baş naziri Nikol Paşinyan söz verdiyi kimi, Ermənistan–Azərbaycan arasında son 30 ildə aparılan danışıqlar prosesinə dair 13 PDF sənədi ictimaiyyətə açıqlayıb.

Məsələ ilə bağlı politoloq, jurnalist Aqil Məmmədov öz sosial media hesabında paylaşım edərək sənədlərin məzmunu və əhəmiyyətinə dair detalları diqqətə çatdırıb.

Aqil Məmmədovun bildirdiyinə görə, yayımlanan sənədlərin bir qismi BMT-yə məxsus materiallardır və onlar barədə ictimaiyyət uzun illərdir məlumatlı idi. Digər fayllar isə danışıqların müxtəlif dövrlərini əhatə edən paketlərdən ibarətdir.

Jurnalistin ilk diqqət yetirdiyi sənəd Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın 2016-cı ilin avqustunda Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktub olub. Məktubda 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan tərəfinin həm hərbi, həm də diplomatik sahədə üstün mövqeyə malik olduğu etiraf edilir. Aqil Məmmədov qeyd edir ki, bu sənəd İrəvanın həmin dövrdə ciddi dalana dirəndiyini və döyüş meydanında olduğu kimi, danışıqlar masasında da çarəsiz qaldığını göstərir.

Sənədlərdən göründüyü kimi, Prezident İlham Əliyev 5 rayonun qaytarılması müqabilində Dağlıq Qarabağa status verilməsi təklifini qəbul etməyib. Ermənistan rəhbərliyi isə anlayıb ki, 5 ətraf rayonun qaytarılması Azərbaycanın hərbi-strateji üstünlüyünü daha da gücləndirəcək və buna görə Moskvanın prosesə daha aktiv cəlb olunmasına çalışıb.

Aqil Məmmədovun sözlərinə görə, 2016-cı ilin aprel döyüşləri Azərbaycanın diplomatik mövqelərini ciddi şəkildə möhkəmləndirib və bir daha təsdiq edib ki, danışıqlar masasındakı güc hərbi gücdən qaynaqlanır.

Aynur Camal

Oxşar xəbərlər

CNN: Macarıstan və İsveçrə Ukrayna sammiti üçün nəzərdə tutuldu

Bugün TV

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Aynur Camal

Laçından çıxan ermənilərə “mənəvi təzminat” olaraq evləri yandırmağa icazə verildi…

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu