Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda 1915-ci il hadisələrinin anım mərasimləri çərçivəsində keçirilən yürüş zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləyib və edilənlərin “qəbuledilməz” olduğunu bildirib.

Baş nazirliyin sözçüsü Nazeli Bağdasaryanın verdiyi yazılı açıqlamada, “Baş nazir Paşinyan bu vəziyyəti məsuliyyətsiz və qəbuledilməz bir hərəkət kimi pisləyir. Beynəlxalq səviyyədə tanınan bir dövlətin bayraqlarının, xüsusilə də qonşu dövlətlərin bayraqlarının yandırılmasını dövlət başçısı tərəfindən başqa cür qiymətləndirmək mümkün deyil.
Dünən İrəvanda 1915-ci il hadisələrinin ildönümü ilə bağlı yürüş keçirilib.Daşnaksütyun Partiyasının təşkil etdiyi yürüşdə Türkiyə və Azərbaycan bayraqları yandırılıb.
Paşinyan aprelin 15-də Azərbaycanla razılaşdıqları sülh sazişini imzalamağa hazır olduqlarını bəyan edib.
Paşinyan sazişi yekunlaşdırmaq üçün Bakının “Minsk üçlüyü”nün ləğvi tələbini qəbul edəcəklərini bəyan edərək, sülh sazişinin 1991-ci ildə yaradılmış Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində Minsk qrupunun ləğvi ilə eyni vaxtda imzalanmasının vacibliyini müdafiə edib.
Mənbə: HurriYet