17 C
Baku
10 İyun 2025, 2:07
Baş xəbərDünya

Paşinyan Blinkenlə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

Bugün.tv  “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənitan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.

Blinken mövcud vəziyyətlə bağlı Amerika tərəfinin dərin narahatlığını ifadə edib və vəziyyətin daha da gərginləşdirilməsini yolverilməz hesab edib. ABŞ dövlət katibi vəziyyəti sabitləşdirmək üçün səy göstərməyə hazır olduğunu açıqlayıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Aynur Camal

Oxşar xəbərlər

Səhər tez bir zamanda beyini oyatmağın beş sadə yolu

Aynur Camal

Cins şalvarla necə daha maraqlı görünmək olar: stilistin məsləhətləri- VİDEO

Aynur Camal

WhatsApp artıq bu iPhone modellərində işləməyəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu