17 C
Baku
13 Sentyabr 2025, 7:37
Siyasət

Paşinyan Blinkenlə Azərbaycanla münaqişənin gərginləşməsindən danışdı

Bugun.tv xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Münhendə ABŞ dövlət katibi ilə görüşüb. Bakı ilə İrəvan arasında münaqişənin gərginləşməsini müzakirə edib. Bu barədə Paşinyanın rəsmi saytında məlumat verilib.

“Təəssüf ki, hazırda Ermənistan və Azərbaycan arasında gərginliyin yeni mərhələsi var; son vaxtlar gərginliyin yeni artması müşahidə olunur ki, bu da böyük itkilərlə nəticələnib”, – Paşinyanın saytında deyilib.

Paşinyanın mətbuat xidmətinin məlumatına görə, siyasətçilər Ermənistan və ABŞ arasında gələcək əməkdaşlıq barədə də danışıblar. Blinken Ermənistanı Amerika üçün dəyərli tərəfdaş adlandırıb.

Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın ölkələr arasında yeni müharibənin başlaya biləcəyi ilə bağlı bəyanatlarını rədd edib.

Mənbə lenta.ru

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Rusiya ABŞ-la müqavilələrini pozmağı düşünür

Bugün TV

Ceyhun Bayramov rusiyalı həmkarı ilə telefonla danışıb

Sevinc Sadıqova

Kremlin Türkiyədə Rusiya gəmisinin saxlanmasından xəbəri yoxdur

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu