22 C
Baku
13 Sentyabr 2025, 10:20
Siyasət

“Paşinyan Ərdoğandan sərhədlərin açılmasını istəyəcək”

“Ermənistan Baş naziri Nikol Paşinyan seçkilər öncəsi Rusiyanın artan siyasi təzyiqlərindən qorunmaq və Azərbaycanla seçkilərə kimi sülh müqaviləsi bağlamaq ümidi ilə Türkiyəyə səfər edir.

Ermənistanda müxalifət və kilsə N. Paşinyana qarşı ciddi hazırlıq içindədir. Hər keçən gün tərəflər arasında siyasi münasibətlər daha kəskin mərhələyə keçir. ABŞ prezidenti D.Tramp C. Baydenden fərqli olaraq N. Paşinyana dəstək vermir. Avropa ittifaqı Rusiya -Ukrayna müharibəsinə daha çox kilidlənib. N. Paşinyan seçki qabağı R. T. Ərdoğandan ciddi dəstək almağa gedir”.

Bugun.tv xəbər verir ki,  bu barədə şərhi politoloq Məhəmməd Əssədullazadə öz sosial media hesabında paylaşıb.

Politoloqun sözlərinə görə, N. Paşinyana seçkilər öncəsi Azərbaycanl sülh müqaviləsi bağlamaq hava və su kimi lazımdır. Bu çətin olacaqsa, heç olmasa Türkiyə ilə sərhədlərin açılmasını istəyəcək. Maraqlı proseslər gedir. N. Paşinyanın Ermənistan daxilində seçkilər ərəfəsində reytinqini artırmaq üçün Türkiyə ilə sərhədlerin açılmasına gedilə bilər. Ermənistanda N. Paşinyandan fərqli digər siyasilər Azərbaycan və Türkiyəyə qarşı düşmən münasibət sərgiləyir. Onu da deyək ki, Ankara da bütün bunlara Bakı ilə məsləhətləşmələrdən sonra qərar verə bilər.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan XİN-dən Ermənistana CAVAB

Nigar Məmmədova

Kabildə məscidin partlaması nəticəsində ölənlərin sayı 21-ə çatıb

Bugün TV

Son bir ayda Azərbaycana ən çox turist Rusiyadan gəlib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu