28 C
Baku
10 Sentyabr 2025, 15:08
Dünya

Paşinyan Ermənistanın sovet sərhədlərini tərk etməsini dövlətçilikdən əl çəkməsi ilə müqayisə edib

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, sovet dövründən qalma sərhədləri tərk etmək respublika üçün təhlükəlidir. Onun fikrincə, əgər vətəndaşlar beynəlxalq səviyyədə tanınmış əraziləri tanımazsa, o zaman Ermənistan “qapılarını başqalarının üzünə açacaq”.

SSRİ dövründən qalma xəritələrdən imtina dövlətçilikdən və müstəqillikdən imtina demək ola bilər, çünki biz Sovet Ermənistanı ərazisində müstəqillik əldə etmişik və beynəlxalq birlik bizi belə tanıyıb”, – Paşinyan Facebook-da yazıb.

Onun fikrincə, beynəlxalq səviyyədə tanınmış əraziyə sadiqlik ölkənin təhlükəsizliyi üçün vacibdir və “buferdir”.  Apreldə Ermənistan və Azərbaycanın sərhəd məsələləri ilə məşğul olan komissiyaları bir neçə sahədə delimitasiya ilə bağlı razılığa gəliblər. Nəticədə əvvəllər Azərbaycan SSR-in tərkibində olan, lakin 1990-cı illərin əvvəllərindən Ermənistanın nəzarətində olan dörd kənd Azərbaycanın nəzarətinə keçdi.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Avstraliya dövlətindən məxfi məlumatları oğurlayanlar tutuldu

Aynur Camal

Astronomlar son bir ildə Yerə Aydan daha yaxın keçən 162 asteroid aşkar etdilər

Aynur Camal

Azərbaycan D-8-ə üzv oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu