16 C
Baku
27 Oktyabr 2025, 21:53
Baş xəbərSiyasət

Paşinyan həmişəki kimi yalan danışmağa davam edir

Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin cümə günü qondarma Dağlıq Qarabağdakı vəziyyəti və Laçın dəhlizini müzakirə etmək üçün telefonla danışıblar.

Bugun.tv TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

Telefon danışığı zamanı guya Azərbaycanın Laçın dəhlizinin qanunsuz blokadası nəticəsində qondarma Dağlıq Qarabağda davam edən humanitar böhran müzakirə olunub. Baş nazir Paşinyan Dağlıq Qarabağdakı böhranın həlli ilə bağlı danışarkən, Rusiya sülhməramlı missiyasının ardıcıl addımlarının vacibliyini qeyd edib.

Tərəflər Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası yollarını da müzakirə ediblər. Onlar Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixlərində qəbul etdikləri üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri nəzərdən keçiriblər.

Nigar Məmmədova

Oxşar xəbərlər

Krokusda törədilən terror aktına görə təcili yardım maşınları nəzarətə götürüldü

Aynur Camal

Qəzzada baş verən qarşıdurmalarda 4 İsrail əsgəri həlak oldu

Kəmalə Sultan

Avtomobildə bal pitonu ələ keçirildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu