34 C
Baku
27 İyul 2025, 12:30
Dünya

Paşinyan müvafiq qurumlara Türkiyə ilə işə başlamağı tapşırıb

Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan müvafiq qurumlara üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması üçün Türkiyə ilə koordinasiyalı işə başlamağı tapşırıb.

Bugun tv xəbər verir ki , “Qurumlarımızın Türkiyənin qurumları ilə işləməyə başlaması vacibdir. Siyasi razılaşma var, amma razılaşmaların icrası iki ölkənin qurumlarının işindən asılı olacaq. Mənim tapşırığım ondan ibarətdir ki, əldə olunmuş razılaşmaların qısa müddətdə həyata keçirilməsi üçün koordinasiyalı işə başlamaq lazımdır”, – deyə Paşinyan bu gün hökumətin iclasında deyib.

Xatırladaq ki, iyulun 1-də Ermənistan və Türkiyənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri bu ölkələrə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan və Türkiyə arasında quru sərhədindən mümkün qədər tez keçməsini təmin etmək və Ermənistanla Türkiyə arasında birbaşa hava yüklərinin ən qısa zamanda daşımağa başlamaq barədə razılığa gəliblər.

oxu.az

Könül Kərimova

Oxşar xəbərlər

Dünyanın diqqəti NATO sammitində – İsveç üzv ola biləcəkmi?

Nigar Məmmədova

Fransa sol ittifaqı Fələstini tanımağa cəhd etdi

İntizar Əmirova

Hörümçəyin görünüşü süni intellekti aldatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu