16 C
Baku
21 Noyabr 2024, 14:52
Siyasət

“Paşinyan Qarabağı Ermənistan üçün birdəfəlik dəfn etdi”-ŞƏRH+ÖZƏL

“Azərbaycan görüşdən qabaq deyib ki, Brüssel formatını dəstəkləyir.Yəni Rusiya formatı masadan qalxıb.
(Lakin o demək deyil ki, imtina edilib. Lavrov Bakıya gəlir və Putin üç ay əvvəl oxuduğu “Dağlıq Qarabağ” mətnini əksinə bəyan edərək Nikolu qərbin himayəsində saxlayar və Ermənistanın məhvinə səbəb olacaq Azərbaycandan dəstək alar).
Görüş zamanı isə İlham Əliyev bildirib ki, Laçın yoluna Azərbaycan müşahidəçi postu qoymalıdır.
Nəzərinizə çatdıraq ki, əvvəllər məsələlər nəzəri idi və bu qədər dərin müzakirə yox idi.
Ən nəhayət, Azərbaycan ümumi kontekstdə açıqlayıb ki, 10 noyabr razılaşmasında Laçın yolu üçün təhlükəsizliyi təmin etməyi üzərinə götürüb.
Reallıq isə o deməkdir ki, təhlükəsizliyi təmin etməyə də bilər”.

Bu sözləri siyasi şərhçi Əziz Əlibəyli Bugun.tv-yə açıqlamasında bildirib.

“Paşinyana yaxın media bildirib ki, bu, sözügedən müqavilənin pozulması deməkdir. Əliyevin davranışı və ritorikası göstərir ki, artıq Ermənistanın qaydaları pozduğu prosesdə 10 noyabr razılaşmasına əməl etməkdə çox da maraqlı deyil.
Bir sözlə, media kifayət qədər rentablli görüşdən bəhs edir. Lakin əksinə, ümumiyyətlə tam əksinə düşünürəm.
Bu, 10 noyabr prosesinin (Rusiya mərkəzli) bitməsi və yenisinin (qərb mərkəzi deyil) başlaması deməkdir.
Ermənistan üçün isə şans çox pis formada azdır.
İ. Əliyevin Laçın və Zəngəzur məntiqi isə əsl maneəyə yönəlik real hədə idi.

Yekun: bütün hallarda və kartada öz liderlərinin sayəsində əziyyət çəkməyə məcbur edilmiş erməni xalqı var:
Bəlkə də Paşinyan türkə sığınmaqla daha doğru addım atır”,- deyə siyasi ekspert bildirib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Ukrayna Atom Elektrik Stansiyası nəzarətdən çıxıb

Bugün TV

  N.Bennet: İran  qadağan olunmuş nüvə fəaliyyətləri barədə yalan danışıb

Bugün TV

İrəvan və Tehran şəhərləri qardaşlaşacaq

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu