24 C
Baku
20 İyul 2025, 4:31
Baş xəbərDünya

Paşinyana “satqın” deyən şəxs saxlanıldı

Ermənistanda baş naziri Nikol Paşinyanın ünvanına “Satqın Nikol” deyən Akob Berberyan İrəvan şəhərinin Kentron polis idarəsinə aparılıb.

Bugun.tv  xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan feysbukdakı səhifəsində yazıb.

“Akop Berberyanın səhifəsində onun baş nazirin ünvanına “Nikol satqındır” qışqırdığı, sonra kimsə ona “yaxınlaşdığı”nı (ehtimal ki, polis və ya mühafizəçi) əks etdirən video var, bundan sonra Aakobla əlaqə kəsilib. Yəqin ki, o, həbs olunub.

Hazırda Akobdan heç bir xəbər yoxdur”, – o qeyd edib.

Qeyd edilir ki, parlamentin deputatları Kristine Vardanyan və Asram Krpeyan polis idarəsinə müraciət ediblər.

Eyni zamanda qeyd edilir ki, vətəndaşlar Baş Polis İdarəsinin yaxınlığında toplaşır.

Mənbə: REPORT

Aynur Camal

Oxşar xəbərlər

ABŞ Yəməndə husilərin qanadlı raketlərinə zərbə endirdi

Bugün TV

Bakıda körpəsini həyətə tullayan şəxsə AĞIR CƏZA

Nigar Məmmədova

Küləyin sürəti artacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu