27 C
Baku
27 İyul 2025, 23:58
Dünya

Paşinyanın Azərbaycanla razılaşma ilə bağlı açıqlaması: Bu, variant deyil, zərurətdir

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olunmayacağı təqdirdə konstitusiyaya dəyişiklik prosesini şəxsən başlamağa hazır olduğunu bəyan edib. Ermənistanın baş naziri Nikol Paşinyan paytaxt İrəvanda keçirilən forumdakı çıxışında Bakı-İrəvan xəttində imzalanması planlaşdırılan sülh sazişini dəyərləndirib.

Paşinyan sülh müqaviləsinin Konstitusiyaya uyğun olub-olmadığını müəyyən etmək üçün Konstitusiya Məhkəməsi tərəfindən araşdırılmalı olduğunu vurğulayıb və əlavə edib ki, “Bu, seçim deyil, zərurətdir”.

“Mənim şəxsi fikrim budur ki, konstitusiya dəyişikliklərinə başlanılmalıdır. Çünki bu sülh prosesi və razılaşma əldən buraxılmamalıdır. Biz davamlı sülhə nail olmaq üçün cəmiyyətimizi bu dəyişikliklərə inandırmağa çalışacağıq”, – Paşinyan bildirib.

Ermənistanın baş naziri Paşinyan bəyan edib ki, Konstitusiya Məhkəməsi sülh sazişini ölkə Konstitusiyasına tam uyğun hesab edərsə, onun parlamentdə təsdiqlənməsinə heç bir maneə olmayacaq.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 13-də verdiyi bəyanatda Ermənistanla imzalanacaq sülh sazişinin mətni üzrə danışıqların yekunlaşdığını açıqlamışdı.

Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

Messidən 800-cü qol

Aynur Camal

Qapısı açıq havaya qalxan kiçik təyyarə dayanacağa çırpıldı

Aynur Camal

Sosial media platforması Linkedİn 700 nəfəri işdən çıxarır, Çin tətbiqini bağlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu