21 C
Baku
11 İyun 2025, 5:33
Dünya

Paşinyanın Azərbaycanla razılaşma ilə bağlı açıqlaması: Bu, variant deyil, zərurətdir

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olunmayacağı təqdirdə konstitusiyaya dəyişiklik prosesini şəxsən başlamağa hazır olduğunu bəyan edib. Ermənistanın baş naziri Nikol Paşinyan paytaxt İrəvanda keçirilən forumdakı çıxışında Bakı-İrəvan xəttində imzalanması planlaşdırılan sülh sazişini dəyərləndirib.

Paşinyan sülh müqaviləsinin Konstitusiyaya uyğun olub-olmadığını müəyyən etmək üçün Konstitusiya Məhkəməsi tərəfindən araşdırılmalı olduğunu vurğulayıb və əlavə edib ki, “Bu, seçim deyil, zərurətdir”.

“Mənim şəxsi fikrim budur ki, konstitusiya dəyişikliklərinə başlanılmalıdır. Çünki bu sülh prosesi və razılaşma əldən buraxılmamalıdır. Biz davamlı sülhə nail olmaq üçün cəmiyyətimizi bu dəyişikliklərə inandırmağa çalışacağıq”, – Paşinyan bildirib.

Ermənistanın baş naziri Paşinyan bəyan edib ki, Konstitusiya Məhkəməsi sülh sazişini ölkə Konstitusiyasına tam uyğun hesab edərsə, onun parlamentdə təsdiqlənməsinə heç bir maneə olmayacaq.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 13-də verdiyi bəyanatda Ermənistanla imzalanacaq sülh sazişinin mətni üzrə danışıqların yekunlaşdığını açıqlamışdı.

Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

ABŞ və İsveç arasında hərbi əməkdaşlıq sazişi üzrə danışıqlar başa çatıb

İntizar Əmirova

Ticarət mərkəzində yanğın! Minlərlə dükan kül oldu, 2 min adam işsiz qaldı

Aynur Camal

Perunun şimalında 5 bal gücündə zəlzələ baş verdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu