22 C
Baku
27 İyul 2025, 7:50
Baş xəbərDünya

Pasportsuz səyahət çempionu: Təyyarədə unudulan pişik 24 saat ərzində dünyanı dolaşdı

Yeni Zelandiyadan Avstraliyaya səyahət edən bir ailənin pişiyi Mittens təyyarədə unudulduğu üçün 24 saat ərzində 3 fərqli uçuşa çıxdığı macəra yaşayıb. Aviaşirkət rəsmilərinin gərgin səylərindən sonra pişik ailəsinə qovuşdu.

Yeni Zelandiyadan Avstraliyaya köçən bir ailənin sevimli pişiyi Mittens gözlənilməz macəraya başlayıb. 8 yaşlı pişik sahibləri ilə birlikdə Yeni Zelandiyanın Kraystçörç şəhərindən Avstraliyanın Melburn şəhərinə köçmək üçün yola düşüb. Lakin təyyarənin yük yerində unudulub və 24 saat ərzində 3 fərqli uçuş həyata keçirib.

Mittens sahibi Marqo Neas, Avstraliyaya gəldikdən sonra 3 saat pişiyi götürə bilmədiklərini söylədi. Səlahiyyətlilərdən alınan məlumata görə, Neasın yük anbarındakı sıxlığı səbəbindən Mittens diqqət çəkməyib və o, təyyarənin Yeni Zelandiyaya dönüş səfərində də iştirak edib. Lakin aviaşirkətin sürətli müdaxiləsi sayəsində pişik növbəti reyslə Melburna qaytarıldı və sonda ailəsinə qovuşdu. Beləliklə, Mittens 24 saat ərzində Yeni Zelandiya ilə Avstraliya arasında üç dəfə uçdu. Hadisədən sonra The Air New Zealand aviaşirkətinin sözçüsü Alisha Armstronq baş verənlərə görə Mittensin sahiblərindən üzr istəyib.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Starlink peykləri Yer kürəsini zəhərləyə bilər!

Teymur Əziz

Pakistanda məsciddə partlayışda ölənlərin sayı 90 nəfəri ötdü – VİDEO – YENİLƏNİB

Aynur Camal

Fransanın ikitərəfli oyunu davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu