11 C
Baku
13 Mart 2026, 17:08
Baş xəbərHadisəKriminal

Paylaşdığı meyxanalarda narkotiki təbliğ edən şəxs saxlanıldı

Bugun.tv xəbər verir ki, polisin keçirdiyi əməliyyat zamanı keçmiş məhkumdan metamfetamin aşkar edilib. Onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayəti təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib. Polis əməkdaşları tərəfindən vəziyyətlə bağlı əməliyyat tədbirləri keçirilib. Əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini Mahir Qonşuyev saxlanılıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, axtarış zamanı onun üzərindən yüksək təsiredici xassəyə malik külli miqdarda psixotrop maddə olan metamfetamin aşkarlanıb. Həmçinin M.Qonşuyevin sosial şəbəkələrdə “Mahir Ay Brat“ adlı səhifə də yaradıb. O, paylaşımlarda əsasən gənclər və yeniyetmələr arasında cinayəti, həmçinin narkotik maddələrin istifadəsi kimi zərərli vərdişləri təbliğ edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. M.Qonşuyev barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Sosial şəbəkə istifadəçilərinə, gənclərə, yeniyetmələrə, özündə cinayəti və zərərli vərdişləri ehtiva edən videolar, musiqilər, həmçinin digər bu tipli mövzularda olan məlumatları paylaşmamağı tövsiyə edilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu