19 C
Baku
8 Sentyabr 2024, 3:18
Kriminal

Paytaxt ərazisində “taksi” sürücüsü və daha bir nəfərdən 14 kiloqram narkotik vasitə aşkar edildi

Bugun.tv xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları əməliyyatlar həyata keçirib. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Orxan Məmmədov və Ramin Səbbaqi saxlanılıblar.

O.Məmmədovdan və idarə etdiyi “Toyota” markalı avtomobildən 12 kiloqram, o cümlədən 3 kiloqram heroin. 2 kiloqram metamfetamin. 7 kiloqram marixuana və 350 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib. R.Səbbaqinin üzərindən isə 2 kiloqram marixuana aşkar olunaraq gotürülüb. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. O.Məmmədov paytaxt ərazisində idarə etdiyi avtomobillə taksi sürücüsü görüntüsü yaradaraq narkokuryerliklə məşğul olub.

Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Aynur Camal

Oxşar xəbərlər

Evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı

Nigar Məmmədova

1,5 tondan artıq xaş-xaş kolu məhv edildi

Bugün TV

DTX-dən ƏMƏLİYYAT: İranın casus şəbəkəsi ələ keçdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu