Bugun.tv xəbər verir ki, gecədən başlayan qar yağmaqda davam edir. Hər tərəf ağ örtüyə bürünüb. Paytaxt yolları buz bağlayıb. Gediş-gəliş çətinləşib.

Əlaqədar qurumlar vətəndaşlara və sürücülərə xəbərdarlıq edib. Küçə və prospektlərdən yolların təmizlənməsi işləri aparılır.

Daxili İşlər Nazirliyinin əməkdaşları gecədən Bakı və respublikanın bölgələrində gücləndirilmiş iş rejimində çalışır. Yolların və səkilərin buz bağlaması səbəbindən sürüşərək yıxılanlar olub.

Hazırda şəhərin bir qismi qardan təmizlənsə də, məhləarası yollar ürəkaçan deyil.