Bugun.tv xəbər verir ki, respublikanın bütün orta və ali məktəblərində yeni tədris ilinə start verilib. Orta məktəblərdə birincilərin ilk zəngi vurulub. Müəllimlər və valideynlər bu günün sevincini yaşayıblar.
Ümumilikdə, Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində 318 məktəb, 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 498 müəllim, məktəbəqədər təhsil müəssisəslərində isə 4 375 tərbiyəçi-müəllim çalışacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 481 131 şagird təhsil alacaq. Ümumi təhsil məktəblərinin I sinfində 40 500, IX sinfində 41 016, X sinfində 31 300, XI sinfində 26 887, XII sinfində 130 şagirdin oxuyacağı proqnozlaşdırılır.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəslərinə 34 995 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 23 000-ə yaxın beşyaşlının cəlb olunacağı gözlənilir.