27 C
Baku
10 İyun 2025, 9:52
Hadisə

Paytaxtda bədbəxt hadisə baş verib-FOTO

BuGün.tv xəbər verir ki, olay Xətai rayonunda qeydə alınıb. Anidən halı pisləşən vətəndaş yerə yıxılıb. Ərazidən keçənlər ona kömək etməyə çalışıblar. Təcili tibbi yardıma zəng olunub. Şahidlərin sözlərinə görə, həkim briqadası hadisə yerinə 40 dəqiqədən sonra gəlib.

Onlar huşsuz halda qalan şəxsə yaxınlaşsalar da, heç bir tibbi müdaxilə etməyiblər. Onun öldüyünü düşünərək, polisin gəlməsini gözləyiblər. Təcili Tibbi yardımın əməkdaşlarının xəstəyə qarşı bu soyuq münasibəti vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.
Qeyd edək ki, hadisə günorta saatlarında, Xətai rayonunda, Bakı Kinoteatırının qarşısında baş verib. Təxminən 60 yaşlarında naməlum kişi qəfil yerə yıxılaraq keçinib.

 

 

Sevinc Sadıqova

Oxşar xəbərlər

Sudanda atəşkəs daha 72 saat uzadıldı

Nigar Məmmədova

Həkim xəstə qohumu tərəfindən döyüldü

İntizar Əmirova

Avtimobildən oğurluq edən şəxs saxlanıldı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu