23 C
Baku
27 İyul 2025, 3:23
Baş xəbərKriminal

Paytaxtda cinayət hadisəsi baş verdi

Bugun.tv xəbər verir ki, Xətai rayonu Məzahir Rüstəmov küçəsində cinayət hadisəsi baş verib. Belə ki 35 yaşlı Bakı şəhər sakini Potapov Dimitri İqoyeviçin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması və orada ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Bugun.tv – yə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən edilib saxlanılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı Muradzadə Ülvi Təzəxan oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanıldı.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Blinken: İsrail-ərəb münasibətlərinin normallaşması üçün Qəzzada münaqişə sona çatmalıdır

İntizar Əmirova

Serbiya-Azərbaycan biznes forumu keçirildi

Aynur Camal

Cənubi Amerikada “Alov üzüyü” mənzərəsi! Günəş tutulması zamanı maraqlı anlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu