Bugun.tv xəbər verir ki, Xətai rayonu Məzahir Rüstəmov küçəsində cinayət hadisəsi baş verib. Belə ki 35 yaşlı Bakı şəhər sakini Potapov Dimitri İqoyeviçin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması və orada ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Bugun.tv – yə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən edilib saxlanılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı Muradzadə Ülvi Təzəxan oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanıldı.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
