30 C
Baku
28 İyun 2025, 14:25
Baş xəbər

Paytaxtda ilk dəfə “İnkluziv son zəng” keçirildi

Bugun.tv xəbər verir ki, Elm və Təhsi Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəsmi tərəfdaşlığı, İnclusive Organization Company-nin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” nə həsr olunmuş Azərbaycanda ilk dəfə “İnklüziv Son Zəng” keçirilib.

Bu təşəbbüs təkcə inklüziv təhsilin deyil, eyni zamanda cəmiyyətin bu sahəyə olan diqqətinin və dəstəyinin bariz nümunəsidir. Tədbir həm sosial inteqrasiyaya xidmət edir, həm də xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyət tərəfindən dəyərli və unudulmaz şəkildə yola salınmasına şərait yaradır.

Tədbirin rəsmi hissəsində Milli Məclisin Deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov məzunlarımızı təbrik edərək, gənclərə öz tövsiyyələrini verib.

Tədbir çərçivəsində “Ofisait” şirkəti və “Mirtalıblı Group” 34 xüsusi qayğıya ehtiyacı olan məzunlara dəstək məqsədilə hədiyyələr təqdim edib. Bu xeyirxah təşəbbüsə görə şirkətlərin rəhbər heyyətinə dərin təşəkkürlərimizi bildiririk.

Bədii hissədə isə bizimlə hər zaman birlikdə olan sosial layihələrin fəal dəstəkçisi əməkdar artist Nuriyyə Hüseynova, xanəndə Sunay Hacıyeva öz ifaları ilə məzunlarımızı qəlbinə oxşayıb.

Aynur Camal

Oxşar xəbərlər

Bir şəhər faktiki olaraq xəritədən silindi

Aynur Camal

Ölkədə bağlı cinayətlərin üstü açıldı

Kəmalə Sultan

Gələcəyə işıqlı bir xatirə miras qoymaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu