Bugun.tv xəbər verir ki, Moskvanın meri Sergey Sobyanin paytaxtdakı məhduduiyyətlərin aradan qaldırıldığını bildirib. Bu barədə o, şəxsi “Telegram” kanalında məlumat verib.
“Biz antiterror əməliyyatı rejiminin tətbiqi ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırırıq”, – mer yazıb.
Sobyaninin sözlərinə görə, məktəblilər üçün buraxılış iyulun 1-də keçiriləcək. Bundan əlavə, o, sakitlik və anlayışa görə moskvalılara təşəkkür edib.
Xatırladaq ki, bu gün mövcud vəziyyətlə əlaqədar Moskvada istirahət günü elan edilib.
Mənbə: Lenta.ru
