Bugun.tv xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində Novxanı kəndindəki evlərdən birinin həyətindən 8500 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Axtarış zamanı onun kənd sakini Nizami Hüseynov olduğu müəyyən edilib.
Digər əməliyyat tədbirləri Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilibk. Keçirdikləri əməliyyat tədbiri nəticəsində Lökbatan qəsəbəsində evlərdən birinin həyətindən 1450 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Şəxsi axtarış nəticəsində onun qəsəbə sakini Elşad Nəsirov olduğu edilib.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşları əməliyyat tədbirləri keçiriblər. Əməliyyat nəticəsində Maştağa qəsəbəsindəki evlərin birindən 1300 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Onların Bakı şəhər sakinləri Rasim Elməliyev və Sergey Volovin olduğu müəyyən edilib.
Hər üç faktla bağlı araşdırma aparılır.