19 C
Baku
14 Oktyabr 2025, 19:16
Baş xəbərKriminal

Paytaxtda oğurluq edənlər saxlanıldı

cibgirlik

Bugun.tv xəbər verir ki, Nəsimi rayonu ərazisində yerləşən tibb mərkəzlərinin birində bir nəfərin içərisində 1600 manatı olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Ceyhun Əzizov müəyyən olunaraq saxlanılıb.

Digər oğurluq əməlini isə Yevlax rayon sakini törədib. Belə ki, Xaçmaz rayon sakini olan bir nəfərin mobil telefonunun, sənəd və bank kartının oğurlanması və həmin kartdakı hesabından 117 manat məbləğində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub.

Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, eyni əmələ görə məhkum olunmuş Ruslan Məmmədzadə saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Dənizdə boğulma təhlükəsi ilə üzləşən ailə həyatını itirdi

Teymur Əziz

Rus millətçilərinin anti-Azərbaycan çıxışlarında “velikorus” şovinizmi özünü parlaq göstərir – Deputat

Aynur Camal

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu