Bugun.tv xəbər verir ki, Nəsimi rayonu ərazisində yerləşən tibb mərkəzlərinin birində bir nəfərin içərisində 1600 manatı olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Ceyhun Əzizov müəyyən olunaraq saxlanılıb.
Digər oğurluq əməlini isə Yevlax rayon sakini törədib. Belə ki, Xaçmaz rayon sakini olan bir nəfərin mobil telefonunun, sənəd və bank kartının oğurlanması və həmin kartdakı hesabından 117 manat məbləğində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, eyni əmələ görə məhkum olunmuş Ruslan Məmmədzadə saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.