18 C
Baku
23 Oktyabr 2025, 17:28
Baş xəbərKriminal

Paytaxtda yol qaydalarını pozan sürücülər saxlanıldı 

 

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, avtomobili konstruksiya dəyişikliyi edərək idarə edən 7 sürücü müəyyən edilib. Həmin nəqliyyat vasitələrinin saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin olunub. Qaydaları pozan sürücülər arasında isə bir neçəsinin avtomobili sürücülük hüququ olmadan idarə etdiyi məlum olub.

Yol patrul xidmətinin əməkdaşları qayda pozuntusuna yol vermiş gənclərlə bir daha izahedici söhbətlər aparıblar. Daha sonra yol hərəkəti qaydalarına ciddi riayət etməyin vacibliyi onlara çatdırıblar. Qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbir görülüb. Hadisə ilə bağlı onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Kəmalə Sultan

Oxşar xəbərlər

Rusiya Diniproya raket hücumu etdi – ölənlər var

Aynur Camal

Neptunun yeni görüntüləri hər kəsi heyrətə saldı

Aynur Camal

Hollandiyada yetişdirilən xüsusi lalə növünə “Qızıl Zəfər” adı verildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu