Bugun.tv xəbər verir ki, 14 may tarixində Bakıda möhtəşəm Qurtuluş günü qeyd olunacaq.
Bu barədə “Zirvə” İslahatlara dəstək Mərkəzi İB sədri Elçin Axundzadə mılumat verib.
O, bayramla əlaqədar işlərində uğur qazanan insanlara Beynəxlalq mükafat təqdim ediləcəyini bildirib. “Türkiyədən xeyli sayda qonaqlar gələcək. Onların arasında qardaş ölkənin ictimai-siyasi xadimləri ilə yanaşı, tanınmış müğənnilər də olacaq”.
Qeyd edək ki, tədbir “Zirvə” İslahatlara dəstək Mərkəzi İB sədri Elçin Axundzadə, Osmanlı – Turan Federasiyasının rəhbəri Şahin Çelik, Vizyon Hüqüqçular Dərnəyinin sədri Gülseren Başocağın təşkilatçılığı ilə keçirilir.
