Bugun.tv xəbər verir ki, Binəqədi rayonunda avtomobil qəzası baş verib. Hadisə M.Ə.Rəsulzadə qəsəbəsində qeydə alınıb.

“Toyota – CR” markalı, 99-VV-850 dövlət nömrə nişanlı avtomobillə “Toyota – Prius”, 77-HY-468 dövlət nömrə nişanlı maşın toqquşub.
Qəza zamanı sonuncu avtomobildə olan 1 sərnişin xəsarət alıb. O, hadisə yerinə gələn Təcili Tibbi Yardım maşını vasitəsilə xəstəxanaya aparılıb.
Qəzanın baş vermə səbəbləri araşdırılır.
Müxbir: İntizar Əmirova
