32 C
Baku
19 İyul 2025, 15:04
Baş xəbərKriminal

Paytaxtda saxta spirtli içki hazırlayan sex aşkar edilidi

Bugun.tv xəbər verir ki, Daxili İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi birgə növbəti tədbir keçirib. Əməliyyat tədbiri ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi məqsədilə aparılıb.

Əməliyyat zamanı paytaxtın Binəqədi rayonu, Gülüstan qəsəbəsində kustar üsulla, standartlara cavab verməyən gizli sex aşkarlanıb. Sexdə saxta spirtli içkilərin hazırlanması müəyyən edilib. Keçirilən tədbir zamanı Fəxri Nürəddinli, Sərxan Manafov və Xəyyam Həsənov saxlanılıblar.

Araşdırma zamanı bu şəxslər həmin sexdə araq, viski, tekila və sair saxta spirtli içkilər hazırladıqları məlum olub. Daha sonra içkilərin Bakı şəhəri və respublikanın müxtəlif rayonlarında satışını təskil ediblər. Onlara məxsus sexə baxış zamanı xeyli sayda saxta spirtli içki, ancaq istehsalatda istifadəsi nəzərdə tutulan, insan sağlamlığına ciddi ziyan vura bilən texniki spirt, qablaşdırma üçün nəzərdə tutulmuş yerli və xarici aksiz markalar, etiketler, boş şüşə qablar və sair köməkçi vəsaitlar aşkar olunaraq maddi sübut kimi götürülüb. Dəstə üzvlərindən aşkar edilən hazır məhsulların qablaşdırılmasında və aksiz markalarında uyğunsuzluqlar müəyyən edilib. Fəxri Nürəddinli, Sərxan Manafov və Xəyyam Həsənov hazırladıqları spirtli içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədləri təqdim edə bilməyiblər. Spirtli içkilərdən nümunələr götürülərək müayinələrin aparılması üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Keçirilmiş ekspertizaların nəticələrinə görə aşkar edilən spirtli içkilər istifadəyə tam yararsızdır. İnsan sağlamlığı üçün olduqca təhlükəlidir. Faktla bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə əhalinin sağlam qida ilə təmin edilməsi istiqamətində tədbirlərini bundan sonra mütəmadi olaraq davam etdirəcək.

Kəmalə Sultan

Oxşar xəbərlər

Mikroavtobus yük maşınına çırpıldı: 3 nəfər öldü, 3 nəfər yaralandı

Bugün TV

Erməni zabiti ölüb.

Bugün TV

İnsan təkamülünün ikinci qolu kəşf edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu