22 C
Baku
25 Aprel 2025, 15:36
Kriminal

Paytaxtda silahlı insident baş verdi, yaralananlar var

Bakının Səməd Vurğun küçəsində silahlı insident baş verib.

Bugun.tv olaraq hadisə ilə bağlı Daxili işlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevlə əlaqə saxladıq. O, faktı təsdiqlədi. Açıqlamasında hadisə zamanı iki nəfərin yaralandığı bildirdi.

Bunlar- Tibb Universitetinin tələbəsi 21 yaşlı Fəqan Rəhimli, digəri 40 yaşlı Tamerlan Hüseynovdur.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.

DİN sözçüsü həmçinin, silahlı insidenti törətməkdə şübhəli bilinən bir nəfərin saxlandığını qeyd etdi.

Faktla əlaqədar araşdırmalar davam edir.

Hadisənin gedişatı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Nigar Məmmədova

Oxşar xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 77 nəfər saxlanıldı

Kəmalə Sultan

Silahlı döyüş oldu: 1 yaralı

Bugün TV

Silahlı hücum oldu: 6 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu